Bakı məktəblərində direktor müavini işləmək istəyənlərin - NƏZƏRİNƏ
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), psixoloq və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə müsabiqə elan edir.
İdarədən verilən məlumata görə, qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər oktyabrın 3-dən http://musabiqe.baku.edu.az/ portalı vasitəsilə qeydiyyatdan keçə bilərlər. 10 təqvim günü davam edəcək qeydiyyat prosesi 12.10.2017-ci il tarixdə saat 23:59:59-da başa çatacaq.
Müvafiq qaydada qeydiyyatdan keçmiş şəxslər elektron ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra müsabiqənin növbəti (test imtahanı) mərhələsinə dəvət ediləcək.
Müsabiqənin seçim mərhələsinədək vakansiya siyahısına əlavə və düzəlişlər ola bilər.
Qeyd edək ki, Azərbaycan Respublikası təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən, müvafiq kadrların işə qəbulu və yerdəyişməsi tabelik üzrə təhsili idarəetmə orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində müvafiq vəzifələr üzrə işə qəbul 3 ildən artıqdır müsabiqə qaydasında aparılır. Yeni qaydanın tətbiqi ictimaiyyət tərəfindən razılıqla qarşılanır. Təsadüfi deyil ki, işə qəbulla əlaqədar birbaşa BŞTİ-yə müraciət edən vətəndaşların sayı artmaqdadır.
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində Gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər, uşaq birliyi təşkilatı rəhbəri və laborant vəzifələrinə işə qəbul üzrə müsabiqə də yaxın vaxtlarda elan ediləcək.
Məktəblərdəki vakant vəzifələrə işçi qəbulu elan olunub
Müəllimlərlə bağlı yeni qaydalar
Müəllimlərin işə qəbulunda yenilik - NAZİRLİK AÇIQLAMA VERDİ
Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI
Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatı başlayır
İki gündə müəllim olmaq istəyən səkkiz minə yaxın şəxs imtahan verib
Təhsil Nazirliyi açıqladı: Müəllimlərin işə qəbulu ilə bağlı daha bir vacib YENİLİK
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başa çatıb
Bu fənn müəllimlərinin işə qəbulu üzrə müsabiqə başladı – Nazirlikdən AÇIQLAMA
Müəllimlərin işə qəbulu və yerdəyişməsi üçün əmr verildi
Bakıda məktəbəhazırlıq qruplarına qəbul üçün 7997 ərizə qeydə alınıb
Sabahdan Bakı məktəblərində I sinfə şagird qəbulu başlanır
Xüsusi istedada malik uşaqların I sinfə qəbulu üzrə müsabiqə başa çatıb
Məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayır
Bakıda birinci sinfə gedəcək uşaqlarla bağlı yeni statistika açıqlanıb
Bakıda birinci sinfə şagird qəbulunun vaxtı uzadılıb
İşə qəbul üzrə Müsabiqənin keçirilməsi,Qaydaların pozulmasına görə məsuliyyət
Qeydiyyat başladı - Müəllimlər üçün növbəti şans
Müəllimlərin işə qəbulu qaydalarında ciddi dəyişiklik edilib
Təhsil Nazirliyindən müəllimlərin işə qəbulu müsabiqəsində vakansiyalarla bağlı - AÇIQLAMA
Müəllimlərin işə qəbulu üçün qeydiyyat başa çatdı...50 min müəllim və 10 min vakant yer
Birinci sinfə qəbul üzrə 37 minə yaxın sorğu yerləşdirilib
Müəllimlərin İŞƏ Qəbulu və Yerdəyişmə Qaydaları ƏMR № 165
Bakıda birinci sinfə qəbul üzrə 40000-dən çox sorğu yerləşdirilib