Xəbərlər / Valideyn
17 oktyabr 2017
2 459


Övladınızın tərbiyəsində bunları etməyin- Valideynlərə tövsiyə

Valideynlik asan olmadığı üçün bütün ata və analar tərbiyə prosesində təcrübəsizlik və səbrsizlik üzündən övladlarının tərbiyəsində müəyyən boşluqlara yol verirlər.

 

Uşaqların tərbiyəsində qüsurları və çatışmamazlıları öncədən aradan qaldırmaq üçün valideynlərə aşağıdakı səhvlərə yol verməmək tövsiyə olunur:


1. Deyinmək. Sizin deyinməyiniz uşağınızın tərbiyəsinə onun da buna öyrəşməyindən başqa heç bir təsiri yoxdur.

 

2. Boş hədə-qorxu gəlmək. Əgər uşağınız görsə ki, dediyinizə əməl etmirsiniz sizi ciddiyə almayacaq.

 

3. Yoldaşınızı önəmsəməmək. Tərbiyə mövzusunda yoldaşınızla açıq mübahisə uşağı çaşdıra və sizin nüfuzunuzu sarsıda bilər.

 

4. Sərhədlər təyin etməmək. Əgər siz uşağınıza əvvəlcədən bunun qadağan olduğunu deməmisinizsə, onu evin içində topla oynadığına görə cəzalandırmağa haqqınız yoxdur.

 

5. Rüşvət. Düzdür, ilk vaxtlar yaxsı təsir göstərir, lakin gələcəkdə uşağınız sizin hər xahişinizə qarşılıq nəsə istəyəcəkdir.

 

6. Müqayisə etmək. Uşağa deyəndə ki, nəyə görə o özünü bacı-qardaşı kimi aparmır, onda hiss yaranır ki, bacısı yaxud qardaşı ondan daha yaxşıdır.

 

7. Vurmaq. Tədqiqatlar göstərir ki, döymək uşağı daha aqressiv edir.

 

8. Sızlamaqlarına təslim olmaq. Dediyinizdə möhkəm dayanmaq gələn dəfə uşağınızın hər hansı bir şey üçün təkrar sızlayıb-ağlamaqlarını azaldır.

 

9. Pis nümunə olmaq. Uşağınızı yalanı üstündə danlamaq istəyirsiniz? Yaxşı, onda uşağınız sizin uydurma xəstəliyiniz ucbatından planınızı dəyişdirdiyinizin şahidi olmasın.

 

10. Qorxutmaq. Tərbiyə metodu olaraq uşağı müxtəlif əşyalar və insanlarla qorxutmaq gələcəkdə onun ətrafa inamını ciddi sarsıda və onu qorxaq biri kimi yetişdirməyə səbəb olacaqdır.

Məqalə Göndər








Загрузка...