Xəbərlər
17 oktyabr 2017
2 813


Bakıda müəllim İNTİHAR ETDİ

 

Bakıda kurs müəllimi damarlarını kəsərək intihar edib. 

 

Aztəhsil.com apa-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu, Qurban Abbasov küçəsi 63 ünvanında yerləşən "Engligtment” dil kursları mərkəzində qeydə alınıb.

 

Orada müəllim işləyən, 1961-ci il təvəllüdlü İradə Yusif qızı Əliyeva sağ qolunun damarını kəsərək intihar edib. Nəticədə çoxlu qan itirən İ. Əliyeva dünyasını dəyişib.

 

Özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. 

 

Faktla bağlı Səbail rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Məqalə Göndər








Загрузка...